Ərdoğan Qazaxıstana səfər edəcək

 13:05 11.09.2023     218

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrda Qazaxıstana səfər edəcək.

Redaktor.az Qazaxıstan KİV-ə istinadən xəbər verir, bunu Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə dövlət başçısının səfəri noyabrın 3-nə planlaşdırılıb. R.T.Ərdoğan Qazaxıstanda Türk Dövlətləri Təşkilatının 10-cu yubiley sammitində iştirak edəcək.

“Biz bu sammiti ən yüksək səviyyədə təşkil etmək və keçirmək barədə razılaşdıq”, - M.Nurtleu əlavə edib.