ABŞ-Ermənistan birgə hərbi təlimləri başladı

 14:54 11.09.2023     288

ABŞ və Ermənistan hərbçilərinin “Eagle Partner 2023” birgə təlimləri başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının nümayəndəsi “Agence France-Presse” (AFP) agentliyinə bildirib.

Adı açıqlanmayan rəsminin sözlərinə görə, açılış mərasimi İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub. Təlimlərdə 85 amerikalı ilə 175 erməni hərbçi iştirak edir. “Eagle Partner 2023” birgə təlimlərinin 9 gün davam edəcəyi planlaşdırılıb.