Türkiyədən Yunanıstana qaçmaq istəyən 17 FETÖ-çü saxlanıldı

 17:53 11.09.2023     308

Türkiyənin Ədirnə şəhərindən Yunanıstana qanunsuz yollarla keçməyə çalışan FETÖ terror təşkilatının 17 üzvü saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Edirnə valiliyindən bildirilib.

Qeyd olunub ki, saxlanılan şəxslərlə bağlı prosedur davam etdirilir.

Xatırladaq ki, son vaxtlar Türkiyədə FETÖ-yə qarşı mübarizə güclənib.