II Yelizavetanın uzunömürlülüyünün sirri ÜZƏ ÇIXDI

 21:04 11.09.2023     314

Keçmiş kralın aşpazı Darren Makqreydi II Yelizavetanın uzun ömür sürməsinə və hətta qocalıq dövründə də aktiv qalmasına imkan verən pəhriz sirlərini açıqlayıb. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, onun sözlərini Daily Mirror yazıb.

Makqreydi kraliçanın uzunömürlülüyünün əsas sirrini onun balanslaşdırılmış qidalanması ilə əlaqələndirib. 

"Çoxlu mövsümi meyvə və tərəvəzlər, kral mülklərindən alınan üzvi məhsullar və gündəlik günorta çayı ilə qidalanırdı. Aşpazlar komandası bir neçə gün öncədən onun üçün müxtəlif variantlardan ibarət fərdi menyu hazırlayırdı. Kraliça şokoladı çox sevirdi və adətən gündə bir stəkan şirin alman şərabı və ya kokteyl içirdi. O, naharda da balıq yeməyi xoşlayırdı. Günorta kraliça tez-tez xiyar və qızılbalıqlı sendviç yeyirdi. Axşam yeməyi, bir qayda olaraq, kral mülklərindən gələn tərəvəz və ov və ya balıqdan ibarət idi.", - aşpaz bildirib.

Yusif EYVAZLI