İtaliyada meydana çıxan qarışqalar Avropanı təhdid edir

 21:17 11.09.2023     248

Avropalı alimlər İtaliyanın cənubunda qırmızı qarışqaların koloniyalarını aşkar ediblər. Onlar dünyanın ən təhlükəli qarışqa növlərindən biridir. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, ekspertlərin nəticələri “Current Biology” jurnalında dərc olunub.

Ekoloqlar qlobal istiləşmə səbəbindən həşəratların tezliklə bütün Avropaya yayılacağından və bölgəyə ciddi ziyan vura biləcəyindən ehtiyat edirlər. 

Böcəklərin güclü zəhəri var. Onların yeni ərazidə görünməsi yerli ətraf mühitə, məhsullara ciddi ziyan vurur. Bundan əlavə, qarışqaların yayılması digər heyvan və bitki növlərinin sayının və müxtəlifliyinin ciddi şəkildə azalması ilə müşayiət olunur ki, bu da elmi ictimaiyyəti narahat edir.

Yusif EYVAZLI