Mağarada ilişib qalan tədqiqatçı üçün 150 nəfər səfərbər oldu

 22:23 11.09.2023     303

Mağarada ilişib qalan və doqquz gündür çıxa bilməyən mağaraçının 24 saat ərzində xilas ediləcəyi gözlənilir. 

Redaktor.az “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

40 yaşlı amerikalı tədqiqatçı Mark Dikki Türkiyədəki Morka mağarasını araşdırarkən qəfildən xəstələnib. Hadisə 1036 metr dərinlikdə mədə qanaması nəticəsində baş verib. Bu barədə o, həmkarlarını məlumatlandıra bilib. Həmin gün səkkiz ölkədən 150 xilasedici və tibb işçisinin cəlb olunduğu genişmiqyaslı xilasetmə əməliyyatı başlayıb.

Humay İSGƏNDƏRLİ