Yunanıstanda atışma nəticəsində 6 nəfər öldü

 22:17 11.09.2023     274

Yunanıstanın paytaxtı Afina yaxınlığında yerləşən Artemida şəhərində atışma baş verib, 6 nəfər ölüb.

Redaktor.az bu barədə "İnterfaks"a istinadla xəbər verir.

Məlumata görə, naməlum və ya bir qrup şəxs alman nömrəli avtomobilə atəş açıb. Ölənlərdən 5-i avtomobildə, digəri isə küçədə olub.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Həmidə İBRAHİMLİ