Bayden Si Cinpinlə görüşmək istəyir

 22:40 11.09.2023     304

ABŞ Prezidenti Co Bayden bu payızda Çin lideri Si Cinpinlə görüşə ümid edir.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller deyib.

O, qeyd edib ki, hələlik iki liderin rəsmi görüşünün təsdiqi yoxdur. Millerin sözlərinə görə, ABŞ görüşün təşkili imkanları üzərində işləməyə davam edəcək.

Həmidə İBRAHİMLİ