Netanyahu britaniyalı nazirlə İranı müzakirə etdi

 22:47 11.09.2023     330

İsrailin Baş naziri Benyamin Netanyahu Yəhudi dövlətinə işgüzar səfərə gələn Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlini Qüdsdəki ofisində qəbul edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, İsrail hökumətinin mətbuat xidməti söhbətdən sonra bildirib ki, onların görüşündə əsas mövzular İranın nüvə proqramının qarşısının alınması və ikitərəfli əməkdaşlığın inkişafı olub.

“Baş nazir İranın nüvə potensialına yiyələnməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb və İranın regional və qlobal sabitliyi pozmağa yönəlmiş davam edən fəaliyyətlərinin qarşısının alınmasının vacibliyinə işarə edib”, - deyə məlumatda bildirilir.

"Netanyahu və Kleverli həmçinin "təhlükəsizlik, texnologiya və iqtisadiyyat sahələrində, xüsusən də süni intellekt sahəsində ikitərəfli əməkdaşlığın artırılmasını" müzakirə ediblər", - hökumətin mətbuat xidməti əlavə edib.

Görüşü yekunlaşdıran Netanyahu İsrail və Böyük Britaniyanın “eyni düşüncəli, ağıllı ölkələr” olduğuna əmin olduğunu bildirib. "Dünya innovasiya edənlərindir. Biz novator xalqlarıq. Biz güclü, canlı və əməkdaşlıq edən demokratiyalarıq. Və bu gözəldir", - deyə İsrailin baş naziri bildirib.

Turan İSMAYIL