"Ermənistanla Qərb arasında münasibətlər dəyişməyib" - Paşinyan

 23:26 11.09.2023     308

Ermənistanın Qərb dövlətləri ilə münasibətləri dəyişməyib, lakin onların Rusiya tərəfindən qəbul edilməsinə Ukrayna böhranı təsir edə bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai telekanala müsahibəsində deyib.

“Dağlıq Qarabağ probleminin həllində nə Qərbin, nə də Rusiyanın heç vaxt monopoliyası olmayıb, Ermənistan həmişə bu platformalarda bu məsələləri müzakirə edib. Başqa bir sual isə odur ki, 2022-ci ilin fevralından keçmiş partnyorlar Ermənistana görə yox, Ukraynaya görə bir-birləri ilə ünsiyyət qurmağa hazırlaşmayacaqlarını bəyan ediblər. Həm Qərbdə, həm də Rusiya ilə həmişə bu məsələləri müzakirə etmişik. İndi təbii olaraq düşünürlər ki, qarşı tərəflə daha az ünsiyyət qurmaq lazımdır, amma bu yanlış yanaşmadır. Onların münasibətləri dəyişdi, bizimki isə dəyişmədi. Lakin onların münasibətləri dəyişdikcə, bizim münasibətlərimiz haqqında təsəvvürləri də dəyişdi”, - deyə o, bildirib.

Turan İSMAYIL