Putin Çeçenistan müftisini təltif etdi

 10:37 12.09.2023     291

Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın müftisi Salah Mejiyevə fəxri fərman təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib.

“O, dinlərarası və millətlərarası münasibətlərin uyğunlaşdırılmasına verdiyi böyük töhfəyə görə ölkə rəhbərliyi tərəfindən belə yüksək diqqət görüb. Şübhəsiz ki, Salah-Hacı bu istiqamətdə çox səmərəli və məhsuldar işlər görür” - deyən Kadırov əlavə edib ki, Mejiyev cəmiyyətin mənəvi komponentinin qorunub saxlanması istiqamətində mühüm işlərlə məşğuldur və İslamın möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Həmidə İBRAHİMLİ