Liviyada sel nəticəsində ölənlərin sayı 3000-ə çatdı - VİDEO
Liviyada daşqın və sel nəticəsində həlak olanların sayı 3000 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
“Əl-Cəzirə” telekanalının məlumatına görə isə, təbii fəlakət səbəbindən 7000 nəfər itkin düşüb.
Qeyd edək ki, sentyabrın 10-u Liviyanın şimal-şərqində müşahidə edilən “Daniel” siklonu ciddi fəsadlara səbəb olub. Çox sayda ev, xəstəxana və digər vacib obyektləri su basıb. Ölkədə 3 günlük matəm elan olunub.