Putin prezident seçkilərində namizəd olub-olmayacağına aydınlıq gətirmədi

 12:18 12.09.2023     185

Rusiya Prezidenti Vladimir Putin növbəti prezident seçkilərində namizəd olub-olmayacağına aydınlıq gətirməyib.

Redaktor.az  xəbər verir ki, Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında moderator “Növbəti prezident seçkilərinə 6 ay müddət qalıb, namizədliyinizi irəli sürməyi düşünürsünüzmü?“ sualına Putin belə cavab verib:

"Bizin qanunvericiliyimizə görə, prezident seçkilərinin keçirilməsi barədə qərarı parlament ilin sonunda qəbul etməlidir. Qərar qəbul ediləndə, seçkilər və onun tarixi elan olunanda bu barədə danışarıq", - deyə Putin bildirib.