"Paşinyanla heç bir problemimiz yoxdur" - Putin

 12:48 12.09.2023     288

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla daimi təmasda olduğunu və bu yaxınlarda ondan ətraflı məktub aldığını bildirib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"O, mənə ətraflı məktub göndərib. Onunla əlaqə saxlayırıq, burada Ermənistanla heç bir problemimiz yoxdur, baş nazir Paşinyanla da heç bir problemimiz yoxdur, onunla daim əlaqə saxlayırıq", - dövlət başçısı Şərq İqtisadi Forumunun plenar iclasında deyib. 

Turan İSMAYIL