Putin orduya yazılan könüllülərin sayını AÇIQLADI
Son altı-yeddi ay ərzində 270 min nəfər Rusiya Federasiyası Silahlı Qüvvələrində (SQ) və könüllü birləşmələrdə xidmət etmək üçün müqavilə imzalayıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Şərq İqtisadi Forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.
"Bildiyiniz kimi, biz qismən səfərbərlik həyata keçirmişik. 300 min nəfəri çağırmışıq. İndi son 6-7 ayda 270 min nəfər könüllü olaraq silahlı qüvvələrdə və könüllü birləşmələrdə xidmət etmək üçün artıq müqavilə imzalayıb" - prezident bildirib.
Onun sözlərinə görə, hər gün RF Silahlı Qüvvələri ilə müqavilə bağlamağa 1-1,5 min insan gəlir.
Putin deyib ki, rus kişiləri döyüş bölgəsində qalacaqlarını anlayaraq şüurlu və könüllü olaraq Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlayırlar.
Turan İSMAYIL