Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının yeni bazası açıldı
Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası İcevanda yeni əməliyyat bazasını açıb.
Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq Missiyasının "Twitter" hesabında məlumat verilib.
Açılış mərasimində Missiyanın rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı səfiri Vassilis Maragos, müdafiə nazirinin müavini Karen Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan iştirak edib.