"Rusiya onunla danışmadan əvvəl hərbi məğlubiyyətə uğramalıdır”

 15:16 12.09.2023     279

Qərb ölkələri Rusiyanı hərbi məğlubiyyətə uğratmaq və Ukraynada diplomatiyaya yer qoymamaq arzusunun doktrinasını elan ediblər.

Redaktor.az xəbər verir ki, bunu TASS-a Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Şərq İqtisadi Forumu çərçivəsində deyib.

"Hazırda Qərb tərəfində, Qərbi Avropada və ABŞ-da diplomatiyaya yer yoxdur. Onlar konkret doktrina elan ediblər və ritual olaraq Rusiyanın "hərbi məğlubiyyətə uğraması lazım olduğunu" təkrarlamaqdan yorulmurlar. Vaşinqtondan Brüsselə, Berlində, Vyanada hamı, hətta neytral dövlətlər, Avstriya belə qəti şəkildə əmindir ki, Rusiya onunla danışmadan əvvəl hərbi məğlubiyyətə uğramalıdır”, - deyə o, bildirib.

Turan İSMAYIL