Almaniya Hindistan vasitəsilə Rusiya neftinin idxalını 12 dəfə artırıb - KİV

 15:48 12.09.2023     289

Almaniya Federal Statistika İdarəsinin məlumatları göstərir ki, ölkə nəinki Rusiya neftinin idxalını davam etdirir, hətta onu 12 dəfə artırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Spiegel" məlumat yayıb.

"Hindistandan Almaniyaya idxal əsasən dizel və ya soba yağı istehsalı üçün istifadə edilən qaz yağlarından ibarət idi" - deyə statistiklər bildiriblər.

Qeyd edək ki, Almaniya Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyadan birbaşa neft idxalını dayandırıb. Bundan əlavə, Qərb ölkələri daha sonra Rusiya neftinə qiymət məhdudiyyətləri tətbiq etdilər. Lakin “Spiegel”in yazdığına görə, bu mexanizm nəzərdə tutulduğu kimi işləmir.

Xatırladaq ki, 2022-ci il dekabrın 5-dən Avropa İttifaqının Rusiya ərazisindən dəniz neftinin idxalına embarqosu qüvvədədir. Bundan əlavə, G7 ölkələri və Avstraliya Rusiya neftinin bir barelinin qiymətinin 60 dollardan yuxarı həddi tətbiq edib.

Qiymət həddi Qərb şirkətlərinə həddən artıq satılan neft üçün nəqliyyat, sığorta və maliyyələşdirmə kimi xidmətlər göstərməyi qadağan edir.

Turan İSMAYIL