Polşa Ukraynadan taxıl idxalını qadağan edən qətnaməni TƏSDİQLƏDİ

 15:55 12.09.2023     275

Polşa hökuməti ölkəyə taxıl idxalını qadağan edən qətnamə qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Polşa hakimiyyəti sentyabrın 15-dən sonra, Avropa Komissiyasının tətbiq etdiyi müvafiq embarqonun müddəti bitdikdən sonra Ukraynadan ölkəyə taxıl idxalını qadağan edən qətnaməni təsdiqləyib. Ölkənin kənd təsərrüfatı naziri Robert Telus bildirib ki, müvafiq qərar hökumətin iclasında qəbul edilib.

“Qətnamə Avropa Komissiyasına göndərilib ki, o, embarqonun uzadılması ilə bağlı qərar qəbul etsin, çünki bu qalan üç-dörd gün ərzində qəbul etməsə, biz mütləq Polşa-Ukrayna ticarət əlaqələrində öz qaydamızı tətbiq edəcəyik. Aİ-də bu vəziyyət həll olunana qədər dörd növ taxılın idxalına qadağa qoyacaq” - deyən nazir vurğulayıb ki, söhbət Ukrayna taxılının tranzitindən getmir və bu, əvvəlki kimi davam edəcək.

"Biz bu taxılın Polşaya idxal edilməməsi üçün fəaliyyətimizə davam edəcəyik", - nazir əmin edib.

Turan İSMAYIL