Stüardessa ən tələbkar sərnişinlərin milliyyətini AÇIQLADI

 20:10 12.09.2023     375

Təyyarədə ən tələbkar sərnişinlər britaniyalılardır. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu sözləri adı açıqlanmayan xarici aviaşirkətin keçmiş stüardessası etiraf edib.

Çexiyadan olan keçmiş stüardessanın sözlərinə görə, bu millətdən olan insanlar çox vaxt ekipaj üzvlərinin həyatını çətinləşdirir.

"Britaniyalılar təyyarəyə artıq “party rejimində” minirlər. Əyləncəni pozmağı sevməsək də, onları bir az sakitləşdirməliyik.  Alkoqol istehlakı və təyyarədəki səs-küy səviyyələri nəzarətdən çıxmamalıdır", -deyə o vurğulayıb.

Yusif EYVAZLI