ABŞ-ın Ukrayna münaqişəsinə xərclədiyi vəsait AÇIQLANDI

 20:30 12.09.2023     401

Birləşmiş Ştatlar Ukrayna münaqişəsinə artıq təxminən 111 milyard dollar xərcləyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Fox News" Ağ Ev rəsmisinə istinadla məlumat yayıb. 

Belə ki, ABŞ Kiyevə hərbi, iqtisadi və humanitar yardım üçün 110,97 milyard dollar ayırıb ki, bunun da 101,2 milyard dolları artıq xərclənib.

Keçən ay Ağ Ev Konqresdən Ukrayna üçün əlavə 24 milyard dollar, o cümlədən hərbi ehtiyaclar üçün 13 milyard dollar istəyib.

Turan İSMAYIL