Danimarkadan Ukraynaya 833 milyon dollar dəyərində YARDIM
Danimarka 833 milyon dollar dəyərində silah və hərbi texnikanın alınması üçün Ukraynaya ən böyük maliyyə yardımı paketini vermək niyyətindədir.
Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Ukraynaya yeni yardım paketi ölkənin hərbi müdafiəsini tanklar, piyada döyüş maşınları, tank sursatları və zenit silahları ilə təmin edəcək”, - deyə departament bildirib.
Yusif EYVAZLI