Arnold Şvartsenegger təcili əməliyyat OLUNDU

 21:41 12.09.2023     278

Amerikalı aktyor Arnold Şvartsenegger sağ əlindəki problemə görə təcili əməliyyat olunub. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.

76 yaşlı “Terminator” ulduzu dirsək sümüyü sinirinin zədələnməsi səbəbindən cərrahi əməliyyat olunub. Əməliyyat başa çatdıqdan sonra həkimlər onun bütün sağ qolunu xüsusi qoruyucu sarğı ilə bağlayıblar.

Reabilitasiya zamanı Şvartseneggerə intensiv fiziki fəaliyyətdən çəkinmək tövsiyə olunur. Hazırda onun üçün mövcud olan yeganə məşq növü təmiz havada gəzməkdir.

Yusif EYVAZLI