Latviya Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan etdi

Sentyabrın 12-dən Rusiyada qeydiyyatda olan avtomobillərin Latviyaya girişi qadağan edilib.
Redaktor.az news.ru-ya istinadla xəbər verir ki, söhbət Belarus sərhədindən keçən marşrutdan da gedir.
Avropa Komissiyasının izahatlarına və Xarici İşlər Nazirliyinin rəyinə uyğun olaraq, Dövlət Gəlirləri Xidməti bildirir ki, bu gündən, sentyabrın 12-dən etibarən Rusiya Federasiyasında qeydiyyatda olan nəqliyyat vasitələrinə malik şəxslərin Avropa İttifaqına Latviyanın Rusiya və Belarusla sərhəddəki sərhəd-keçid məntəqələri vasitəsilə daxil olması qadağan edilib.
Latviya hakimiyyətinin qadağası pozularsa, nəqliyyat vasitəsi müsadirə ediləcək.
Turan İSMAYIL