ABŞ Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək
Vaşinqton administrasiyası Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün əlavə tədbirlər görmək niyyətindədir.
Redaktor.az-ın TASS-a istinadla məlumatına görə, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib ki, bu məsələ bu həftə ABŞ dövlət katibi Entoni Blinken və Almaniyanın xarici işlər naziri Annalena Berbok tərəfindən müzakirə olunacaq.
Onun sözlərinə görə, hələ Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlamazdan əvvəl dövlət katibi, müdafiə naziri Lloyd Ostin, milli təhlükəsizlik üzrə köməkçisi Sallivan və prezidentin özü Ukraynanın hava hücumundan güclənməsinə çalışıblar:
"Dövlət katibinin Ukraynada olarkən elan etdiyi son hərbi yardım paketinin bir hissəsi olaraq bir sıra ABŞ sistemlərini Ukraynaya təhvil verdik. Bunlara əvvəllər təmin etdiyimiz müdafiə sistemlərinin komponentləri daxildir".
Miller əminliklə deyib ki, Blinken bu həftənin sonunda alman həmkarı ilə bu məsələni müzakirə edəcək".
Turan İSMAYIL