"Rusiyanın kosmosda pionerlər ölkəsi kimi şöhrəti əbədi olacaq" - Kim Çen In

 10:29 13.09.2023     281

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In “Vostoçnıy” kosmodromunda görüşüblər.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Kim Çen In səfəri zamanı fəxri qonaqlar kitabına Rusiya haqqında yazılar yazıb.

"Kosmik pionerlər ölkəsi kimi Rusiyanın şöhrəti heç vaxt unudulmayacaq. Rusiyanın kosmosda pionerlər ölkəsi kimi şöhrəti əbədi olacaq", - deyə Şimali Koreya lideri qeyd edib.

Humay İSGƏNDƏRLİ