Putin və Kim Çen In arasında 5 saatdan çox davam edən görüş başa çatdı

 13:35 13.09.2023     240

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında ümumilikdə 5 saatdan çox davam edən söhbət başa çatıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, liderlər Moskva vaxtı ilə saat 07:09-da Kim Çen Inın qatarı ilə gəldiyi “Vostochnı” kosmodromunda görüşüb və birlikdə “Vostochnı” obyektlərinə baxış keçiriblər. Moskva vaxtı ilə saat 08:25-də nümayəndə heyətlərinin iştirakı ilə bir saatdan çox davam edən danışıqlar başlayıb, daha sonra sammit Putin və Kim Çen Inın təkbətək söhbəti ilə davam edib.

Sonda Rusiya Federasiyasının Prezidenti KXDR liderinin səfəri münasibətilə rəsmi nahar verib. Hazırda Kim Çen In Vostoçnı kosmodromunu tərk edib.

Turan İSMAYIL