Ermənistanda koronavirusun yeni növü aşkarlandı

 16:16 13.09.2023     224

Ermənistanda koronavirusun omikron ştamının yeni alt növü aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin sözlərinə görə, son bir həftə ərzində yoluxma hallarının sayı artıb və 12 sentyabra olan məlumata əsasən, koronavirusa 71 yoluxma faktı qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə çoxdur.

Səhiyyə Nazirliyi həmçinin qrip və koronavirus infeksiyasına yoluxma hallarının artacağı barədə xəbərdarlıq edib.