Avropa İttifaqı Rusiyaya qarşı sanskiyaların müddətini uzatdı
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı fərdi sanksiyaların müddətini altı ay uzadıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında deyilir.
"Bu gün Şura Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə, 2024-cü il martın 15-dək uzadılması barədə qərar qəbul edib", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı hərbi təcavüzündən sonra Aİ və ABŞ-ın sanksiyaları ilə qaşılaşıb.
Turan İSMAYIL