Ukrayna ordusu Qara dənizdə Rusiyaya məxsus "Tuna" katerini batırdı

 18:27 13.09.2023     311

Ukraynanın Cənub Müdafiə Qüvvələri Rusiyanın KS-791 "Tuna" tipli qayığını Qara dənizdə batırıb.

Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

"Qara dənizin şimal-qərb hissəsində Cənub Müdafiə Qüvvələri daha bir KS-701 "Tuna" tipli düşmən katerini məhv edib. Birlikdə Qələbəyə!", - Hərbi Dəniz Qüvvələri yazır.

Həmin gecə, sentyabrın 13-də müvəqqəti işğal olunmuş Sevastopolda partlayış səsləri eşidilib. Daha sonra terrorçu Rusiyanın Müdafiə Nazirliyi S. Orconikidze. adını daşıyan gəmi təmiri zavoduna 10 qanadlı raketlə hücum edildiyini açıqlayıb.

Daha sonra Rusiyanın böyük desant gəmisinin və Rostov-on-Drnu sualtı qayığının məğlubiyyəti məlum olub.

Turan İSMAYIL