Krım körpüsü yenə bağlandı

 19:51 13.09.2023     258

Ukraynanın Rusiya işğalı altına olan Krım körpüsündə 24 saat ərzində üçüncü dəfə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.

Redaktor.az bu barədə "gazeta.ru"ya istinadla xəbər verir.

“Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb. Körpüdə və yoxlama zonasında olanlardan sakit olmalarını və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələrini xahiş edirik”, - deyə məlumatda bildirilir.

Bir neçə saat əvvəl, sentyabrın 13-də Krım körpüsündə əvvəllər dayandırılmış nəqliyyatın hərəkəti 3,5 saatdan sonra bərpa edilib. Saat 15:00-a olan məlumata görə, Tamandan 314 avtomobil növbəyə dayanıb. Kerç tərəfində tıxacda 614 avtomobil olub.

Bu gün səhər saatlarında Krım körpüsündə avtomobillərin hərəkətinin müvəqqəti olaraq bağlandığı bildirilib. Nəqliyyatın bağlanmasının səbəbi açıqlanmayıb.

Sentyabrın 13-nə keçən gecə Krım körpüsündə də nəqliyyatın hərəkəti dayandırılıb.

Turan İSMAYIL