Gürcüstanda ABŞ hərbi bazası yaradılacaq? - Səfirlikdən AÇIQLAMA

 20:53 13.09.2023     266

ABŞ-ın Tbilisidəki səfirliyi Vaşinqtonun respublikada hərbi baza yaratmağı planlaşdırdığı barədə məlumatları təkzib edib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir. 

"ABŞ-Gürcüstan müdafiə əlaqələri qarşılıqlı fəaliyyətin gücləndirilməsinə və Gürcüstanı sonrakı təcavüzün qarşısını almaq və suverenliyini qorumaq üçün dəstəkləməyə əsaslanırdı və belə etməkdə davam edir ki, bu da Gürcüstanı NATO üzvlüyünə daha yaxşı hazırlayır. Mediada yayılan məlumatlara aydınlıq gətirmək üçün bəyan edirik ki, Birləşmiş Ştatlar Gürcüstanda Amerika hərbi bazası yaratmağı təklif etmir”, - diplomatik missiyanın bəyanatında deyilir.

Turan İSMAYIL