Avropa Komissiyasından Ukrayna taxılı ilə bağlı yeni açıqlama
Avropa Komissiyasına Ukrayna taxılının idxalına müvəqqəti məhdudiyyətlərin uzadılması ilə bağlı müraciət daxil olmayıb.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının Kənd Təsərrüfatı və Ticarət üzrə nümayəndəsi Miriam Qarsiya Ferrer bildirib.
O, Avropa komissarının ticarət üzrə ofisinin rəhbəri Maykl Qagerin mövcud məhdudiyyətlərin uzadılması ilə bağlı təklif təqdim etdiyi barədə məlumatı təkzib edib.
"Mən bu məlumatı təsdiq edə bilmərəm, çünki bu, yanlışdır" - Ferrer deyib.
Xatırladaq ki, bu gün mediada Qagerin sentyabrın 15-dən sonra Ukraynanın bəzi kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağanın uzadılmasını təklif etdiyi barədə məlumatlar yayılıb.
Turan İSMAYIL