ABŞ NATO-nun açıq qapı prinsipindən imtina etmək niyyətində deyil
Birləşmiş Ştatlar NATO-nun açıq qapı prinsipindən imtina etmək niyyətində deyil.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi brifinqdə deyib.
"NATO-nun açıq qapı siyasəti var və biz bu siyasətdə güzəştə getməyəcəyik", - Miller deyib.
Amerika Xarici Siyasət Departamentinin nümayəndəsi əlavə edib ki, Ukraynada münaqişənin gərginləşməsindən əvvəl ABŞ dəfələrlə Rusiya ilə diplomatiya istədiyini bəyan edib, lakin o, həmin müddət ərzində aparılan diplomatik danışıqların hər hansı təfərrüatını verməkdən imtina edib.
Turan İSMAYIL