ABŞ Cənubi Koreyaya dəyəri 5 milyard dollardan çox olan F-35 qırıcıları satacaq
ABŞ Dövlət Departamenti Cənubi Koreyaya 5,06 milyard dollara F-35 qırıcı təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi bildirib.
Söhbət 25-ə qədər qırıcının alınmasından gedir. Departament əmin edib ki, bu avadanlığın tədarükü ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək və regionda əsas hərbi balansı dəyişməyəcək.
Turan İSMAYIL