Qasırğa bu ölkədə fəlakət yaratdı

 09:39 14.09.2023     245

Brazilyada qasırğanın törətdiyi sürüşmə və daşqınlarda ölənlərin sayının 48-ə, itkin düşənlərin sayının isə 46-ya yüksəldiyi bildirilib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölkədəki səlahiyyətli qurum 924 nəfərin xəsarət aldığını, 340 mindən çox insanın təbii fəlakətdən zərər çəkdiyini açıqlayıb.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva qasırğa nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Humay İSGƏNDƏRLİ