İtmiş turistlər doqquz gün sonra tapıldı

 10:11 14.09.2023     226

Kamçatkada yoxa çıxan iki yaşlı turist 9 gün sonra sağ tapılıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, itkin düşmüş turistləri havadan Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Mi-8 helikopteri vasitəsilə aşkar ediblər.

Səhhətlərinin pis olması səbəbindən onlar helikopterlə xəstəxanaya təxliyyə ediliblər.

Humay İSGƏNDƏRLİ