Qəzzada baş verən partlayışda ölənlərin sayı artdı
Qəzzada baş verən partlayışda həyatını itirən fələstinlilərin sayının 5-ə yüksəldiyi, yaralananların isə 25 nəfər olduğu bildirilir.
Redakotor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurum əvvəlki açıqlamasında, partlayışda 4 nəfərin öldüyünü, yaralananların sayının isə 19 olduğunu açıqlamışdı.
Qeyd edək ki, partlayışn səbəbi barədə məlumat yoxdur.
Humay İSGƏNDƏRLİ