"WhatsApp" Rusiyada bloklana bilər

 11:20 14.09.2023     222

"WhatsApp" Rusiyada bloklana bilər.

Redaktor.az xəbər verir ki, buna səbəb “WhatsApp”ın kanallar funksiyasını işə salmasıdır. Belə ki,
kanallar funskiyası Rusiyada informasiyanın kütləvi yayılması ilə bağlı qanunla tənzimlənməlidir. Bu səbəbdən "WhatsApp"-ın Rusiyadakı fəaliyyəti ilə bağlı rəsmi mövqeyə yenidən baxıla bilər.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Rusiya ərazisində “WhatsApp”ın daxil olduğu "Meta"-nın "Facebook" və "İnstagram" şəbəkələri bloklanıb.