Ermənistanda müəllimlər etiraz aksiyası keçirir

 12:16 14.09.2023     236

Ermənistanın müxtəlif bölgələrindən, o cümlədən İrəvandan olan müəllimlər paytaxtda hökumət binasının qarşısında etiraz aksiyası keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Bildirilib ki, müəllimlər əməkhaqlarının dərs yükünə uyğun artırılmasını, təhsil sistemində maddi-texniki bazanın yaxşılaşdırılmasını tələb edirlər.

Məlumata görə, aksiya iştirakçılarının sayı artır.