Estoniya Latviya-Belarus sərhədinə qüvvələr göndərir

 14:29 14.09.2023     206

Estoniya Latviya-Belarus sərhədinə qüvvələr göndərir.

Redaktor.az xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas "X" platformasında ("Twitter) bildirib.

"Estoniya Latviyaya polis və sərhəd xidməti qüvvələrindən ibarət bir qrup göndərir. Latviya Belarusdan davam edən hibrid fəaliyyətlərə qarşı mübarizə üçün bizdən kömək istəyib. Biz Aİ-nin xarici sərhədlərini qorumaq və qonşularımızla çiyin-çiyinə olmaq üçün öz köməyimizi təklif edirik", - Baş nazir Kallas qeyd edib.