Ukraynalı pilotlar İsveçdə "Gripen" qırıcılarını sınaqdan keçirdi
Ukraynalı pilotlara İsveçin “Gripen” qırıcılarında uçuşları sınaqdan keçirməyə icazə verilib.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson yazılı açıqlamasında bildirib.
“Sınaq təlimi başa çatıb və Müdafiə Qoşunlarından aldığım məlumata görə, təlim yaxşı keçib”, - məlumatda deyilir.
“Əvvəlcə qeyd etdiyimiz kimi, biz "Gripen"in Ukraynaya göndərilməsini istisna etmirik, lakin təlim proqramı zamanı əldə edilmiş təcrübə indi bunun şərtlərini müəyyən etmək üçün davam edən işin əsasını təşkil etməlidir”, - Conson deyib.
Qeyd edək ki, mayın sonunda İsveç hökuməti ukraynalı pilotlara “Qripen”də təlim keçməyə icazə verib.
Turan İSMAYIL