Putin və Lukaşenko Soçidə danışıqlar aparacaq

 15:23 14.09.2023     264

Rusiya prezidenti Vladimir Putin cümə günü Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Sabah Prezident Putinin Soçidə Belarus prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko ilə təmasları planlaşdırılır”, - Kremlin sözçüsü bildirib.

“Belarus bizim ən yaxın müttəfiqimizdir, dövlət başçıları müntəzəm olaraq əlaqə saxlayır, saatlar müntəzəm olaraq müqayisə edilir, iki ən yaxın müttəfiq arasında koordinasiya və fikir mübadiləsi aparılır”, - Peskov qeyd edib.

Turan İSMAYIL