Peskov sanksiyalardan qurtulmağa çalışan rusiyalı iş adamlarını satqın ADLANDIRDI

 15:36 14.09.2023     294

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyaya qarşı sanksiyalardan qurtulmağa çalışan sahibkarları satqın adlandırıb.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"Sanksiyalardan qurtulmağa gəlincə, biz bilirik ki, anti-Rusiya mövqelərinə sürüşən və otuz gümüş pul müqabilində özlərini sanksiyalardan qurtarmağa çalışan sahibkarlar var. Bunlar satqınlardır", - Kreml nümayəndəsi jurnalistlərə bildirib.

Eyni zamanda, Peskovun sözlərinə görə, öz maraqlarını məhkəmədə metodik şəkildə müdafiə edən sahibkarlar da var. "Bu, hər bir sahibkarın hüququdur və biz buna hörmətlə yanaşırıq", - o əlavə edib.

Kremlin Avropa İttifaqının bir neçə rus iş adamına qarşı sanksiyalarını uzatmamaq qərarlarının məntiqini başa düşüb-düşmədiyini soruşduqda Peskov mənfi cavab verib. "Biz nə sanksiyaların məntiqini, nə də sanksiyaların aradan qaldırılmasının məntiqini başa düşürük. Çətin ki, Avropada kimsə bu məntiqi izah edə bilsin. Biz bunu birmənalı başa düşürük", - mətbuat katibi qeyd edib.

O vurğulayıb ki, Rusiya Federasiyasının bütün sahibkarlarına qarşı sanksiyalar, Rusiya biznesinə məxsus şəxsi mülkiyyətə həbs qoyulması, Rusiya biznesinin maliyyə və digər aktivlərinə qəsd “sözün tam mənasında bütün qanunlara və beynəlxalq qanunvericiliyə zidd olan hərəkətlərdir. ”

Turan İSMAYIL