ABŞ türk şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək

 17:33 14.09.2023     254

ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiyi iddiası ilə 5 türk şirkəti və bir şəxsə qarşı sanksiya tətbiq etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Maliyyə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu təyinatlar ABŞ-ın sanksiya tətbiq edilən qurumlara maddi dəstək göstərən şəxsləri və qurumları mühakimə etmək üzrə davam edən öhdəliyini əks etdirir.

“Son 18 ay ərzində biz narahatlığımızı Türkiyə hökuməti və özəl sektoru ilə bölüşdük və onlara sanksiya tətbiq etdiyimiz şəxslərlə iş görməyin əhəmiyyətli riskləri barədə məlumat verdik”, - "Reuters"in mənbəsi əlavə edib.

Turan İSMAYIL