Düşənbədə “Dostluq Axşamı” konsert proqramı keçirilir

 17:42 14.09.2023     212

Sentyabrın 14-də Tacikistanın paytaxtı Düşənbə şəhərində “Dostluq Axşamı” konsert proqramı başlayıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlər konsertə baxırlar.