İspaniya rusların şəxsi əşyalarını müsadirə etməyəcəyinə söz verdi

 17:44 14.09.2023     250

İspaniyada Rusiyadan olmayan və sanksiyalara məruz qalmayan reyslərlə Avropa İttifaqına gələn rusların şəxsi əşyaları müsadirə edilməyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İspaniyanın Dövlət Vergi Agentliyi məlumat yayıb.

Rusiya Federasiyasının vətəndaşları Aİ ölkəsinə Rusiyadan deyil, Şengen zonasındakı və ya onun hüdudlarından kənarda yerləşən başqa bir dövlətdən gələrsə, 833/2014 tənzimləməsinin məhsullarına qoyulan qadağalar tətbiq edilməyəcək. Departament vurğuladı ki, belə səyahət edənlərə qadcet, kosmetika və digər şəxsi əşyaların daşınmasına məhdudiyyət qoyulmayacaq.

Turan İSMAYIL