11 sentyabr hücumundan sağ çıxan adamda xərçəngin nadir forması YARANDI

 22:50 14.09.2023     272

Nyu Yorkda Dünya Ticarət Mərkəzinə edilən hücumdan sağ çıxan amerikalı Cerard Vanderberq nadir bir xərçəng növünə yoluxub. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.

Hücum zamanı Vanderberq 47 yaşında olub.  Əkiz Qüllələrin qarşı tərəfində işləyib. Hücumdan bir neçə gün sonra əşyalarını almaq üçün ofisə qayıdanda ətrafdakı hər şeyin ağ toz içində olduğunu görüb. Bu zəhərli tikinti materialı idi. Vanderberq qablaşdırma zamanı tozu udub və səkkiz ildən sonra dizlərində və yanlarında ağrılar hiss etməyə başlayıb. 

"Bir vaxtlar əla formada idim, atletik idim və xəstələnmirdim, amma sonra bədənimdə nəsə baş verməyə başladı", - deyə xatırlayır.

Əvvəlcə həkimlər kişinin sağ ağciyərində yerləşmiş bədxassəli şişi aşkar ediblər. Bir il sonra nadir sümük iliyi xərçəngi diaqnozu qoyublar. 

Kişinin müalicə edən həkimi, onkoloq David Siegelin dediyinə görə, 11 sentyabrdan sağ qalanlar, fəlakət yerində işləyənlər və kommunal işçilər arasında bu ən çox rast gəlinən xəstəlikdir.

Vanderberq indi xəstəliyin remissiya mərhələsindədir.

Yusif EYVAZLI