Zelenski hərbi ombudsman vəzifəsi təsis etdi

 23:44 14.09.2023     258

Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Rüstəm Umerov və Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets ilə görüşüb.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə o, axşam çıxışında bildirib.

Onun sözlərinə görə, Umerovla əsas müdafiə məsələləri müzakirə olunub. 

"Bu gün mən Rüstəm Umerovun Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinetslə hərbi ombudsman kimi yeni təsisatla bağlı birgə işini qeyd edəcəm. Bu, həqiqətən də lazımdır. Əsgərlər üçün güclü insan hüquqlarının müdafiəsi sisteminə ehtiyac var”, - deyə prezident bildirib.

Xatırladaq ki, R.Umerov bu yaxınlarda Ukraynanın müdafiə naziri təyin edilib. O, bu postda Aleksey Reznikovu əvəzləyib.

Kadr dəyişikliyi idarədə ordu üçün texnikanın alınması ilə bağlı qalmaqallar fonunda baş verib.

Turan İSMAYIL