Çin meymun çiçəyini QİÇS və COVİD-in daxil olduğu infeksiyalar sinfinə əlavə edəcək

 09:36 15.09.2023     201

Sentyabrın 20-dən Çin hökuməti meymun çiçəyini ölkədə QİÇS və yeni növ koronavirusun daxil olduğu yoluxucu xəstəlik sinfi B (ciddi nəzarət tədbirlərini təmin edən) kimi təsnif edəcək.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Çinin səlahiyyətli dövlət qurumları meymunçiçəyinin yayılmasına qarşı fəal mübarizə aparacaq. Yoluxma riskləri barədə vaxtında məlumat verməklə yanaşı, yoluxmuş şəxslərə operativ tibbi yardımın göstərilməsi, zəruri və faydalı məlumatların yayılması ilə ictimaiyyətin maarifləndirilməsi nəzərdə tutulur.

Humay İSGƏNDƏRLİ